600-dən çox bakalavr sənədini təsdiqlədi

600-den-cox-bakalavr-senedini-tesdiqledi
Oxunma sayı: 635

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumat görə, 1373 vakant yer üzrə aparılan müsabiqədə iştirak etmək üçün 667 nəfər bakalavr ərizəsində ixtisas seçimi aparaq təsdiqləyib. Onların 579 nəfəri Azərbaycan, 88 nəfəri rus bölməsi üzrə sənəd verib. Müsabiqənin nəticələrinin bu gün axşam və ya sabah açıqlanacağı gözlənilir.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 7-dən 13-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyiblər.

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul bu il martın 4-də və iyunun 24-də keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.