7 min nəfərə içməli su verildi

7-min-nefere-icmeli-su-verildi
Oxunma sayı: 1522

"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, sayca onuncu yubiley layihə Tovuz rayonunun Məşədilər kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Tovuz Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.

JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını, buna görə də şirkət üçün prioritet olduğunu bildirib. O qeyd edib ki, JTI şirkəti təmiz içməli suya ehtiyacı olan digər ərazilərdə də belə layihələrin icrasına davam edəcək. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

İçməli su layihəsi Məşədilər və ətraf kəndlərdə 7 000-ə yaxın insanı təmiz su ilə davamlı təmin edəcək. Təxminən dörd ay davam edən işlər nəticəsində subartezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb.