“700 min ağac əkək” kampaniyası davam edir - Video

700-min-agac-ekek-kampaniyasi-davam-edir
Oxunma sayı: 1670

Gəncə də "700 min ağac əkək" kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, aksiyada Milli Məclisin deputatları Naqif Həmzəyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, ziyalılar və partiya fəalları yaxından iştirak ediblər.

YAP fəalları bayram əhval-ruhiyyəsi ilə davam edən aksiya çərçivəsində Heydər Əliyev Park Kompleksinin ərazisində 2500 ədəd şişburun xurmaağacı əkiblər. Partiya fəalları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

Naqif Həmzəyev “700 min ağac əkək” kampaniyasının aprel ayının sonuna qədər davam edəcəyini qeyd edib.