76 yaşlı qadın özünü bıçaqladı

76-yasli-qadin-ozunu-bicaqladi
Oxunma sayı: 652

Şəmkir sakini özünə bıçaqla xəsarət yetirib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Qapanlı kənd sakini 1941-ci il təvəllüdlü İsmayılova Nadya Qəşəm qızı hər iki qolunun, sol ayağının kəsilmiş yarası xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 76 yaşlı qadın bir müddət əvvəl yıxılaraq yuxarı bud sümüyünü sınığı xəsarəti alıb. Ev şəraitində müalicə olunan qadın ağrılara dözməyərək bu gün bıçaqla özünə xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.