8 ölü, 6 yaralı, 23 itkin - Çində fəlakət

8-olu-6-yarali-23-itkin
Oxunma sayı: 1017

Çində fasiləsiz yağan yağış sel və torpaq sürüşməsi ilə nəticələnib. “Qafqazinfo” Xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət ölkənin Siçuan əyalətində baş verib. 

Meydana gələn sürüşmədə 8 nəfər ölüb, 6-ı yaralanıb, 23 sakin isə itkin düşüb. Bundan əlavə, sel və torpaq sürüşməsi səbəbilə 20 min insanın mülkünə ziyan dəyib.