9 mərtəbəli binada yanğın - Video

9-mertebeli-binada-yangin-video
Oxunma sayı: 646

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın saat 11:59 radələrində tam söndürülüb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.

***

Bu gün saat 11:09 radələrində Bakının Yasamal rayonu ərazisində Bəsti Bağırova küçəsində 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 4 yanğınsöndürən maşın yollanıb. Hazırda yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.