9 yaşlı uşağı avtomobil vurdu

9-yasli-usagi-avtomobil-vurdu
Oxunma sayı: 647

Milli.Az xəbər portalının "Cənub" TV kanalına istinadən verdiyi məlumata görə, hadisə Lənkəran şəhərində, Nəsimi küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində baş verib. Belə ki, Astara rayon Kijəbə qəsəbəsi Ovala kənd sakini 2002-ci il təvəllüdlü Allahverdiyev Aqil Xəqani oğlu anasının əlindən çıxaraq qarşıdan gələn avtomobil yoluna qaçıb.
Ananın bildirdiyinə görə, gələn "VAZ 24015" markalı avtomobil yaxın olduğundan qəzadan qaça bilməyib. Körpəyə dəyən avtomaşın onu bir neçə metr yolun qarşı tərəfinə atıb. Sürücü 1990-cı il təvəllüdlü Ağayev Ruhid Ağasadıq oğlu dərhal uşağı Lənkəran mərkəzi xəstəxanasına gətirsə də onun həyatını xilas etmək mümkünsüz olub. Meyit müayinə
olunmaq üçün rayonlararası məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyinin Lənkəran şəhər şöbəsinə təhvil verilib.
Ekspert Rafiq Qasımovun sözlərinə görə, uşağın ölümünə səbəb açıq kəllə-beyin travması, kəllə qapağı sümüklərinin sınması və baş beynin əzilməsi səbəb olub.
Faktla bağlı Lənkəran şəhər rayon polis şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.