945 milyon manatlıq dövriyyə olub

945-milyon-manatliq-dovriyye-olub
Oxunma sayı: 1060

2017-ci ildə Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi 2016-cı illə müqayisədə real ifadədə 4,2 faiz artaraq 945,4 milyon manat olub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin hesablamalarına görə, dövriyyənin 41,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı illə müqayisədə 12,6 faiz artaraq 392,4 milyon manat təşkil edib.