Abdolbari Goozal Universitet tərəfindən mükafatlandırıldı

abdolbari-goozal-universitet-terefinden-mukafatlandirildi
Oxunma sayı: 643

Azərsun-un mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Azərsun Holdinq”in idarə heyətinin sədri Kuban Dövlət Aqrar Universitetinin fəxri doktoru Abdolbari Goozal “Elm və Biznesin effektiv tərəfdaşlığı” nominasiyasında universitet tərəfindən mükafata layiq görülüb. 8 fevral 2012-ci il tarixində Rusiya elmi günündə Kuban Dövlət Aqrar Universitetində təşkil olunan tədbirdə 2011-ci ilin elmi yekunlarına həsr olunmuş təntənəli mərasim təşkil edilib. Burada 2011-ci ildə elmi nailiyyətlər əldə etmiş şəxslər müxtəlif nominasiyalar üzrə təltif edilib.

Tədbirdə Krasnodar diyarının vitse-qubernatoru, elm və ictimai xadimləri və KİV nümayəndələri iştirak edib. Bununla yanaşı Rusiya elm günündə universitetin fəxri doktoru Abdolbari Goozal tələbələrlə görüş keçirib. Tələbə və müəllim heyəti qarşısında verdiyi mühazirə zamanı Abdolbari Goozal, ölkə başçısı cənab İlham Əliyevin qeyri neft sektoruna verdiyi dəstək, ölkə iqtisadiyyatının uğurlu inkişaf modelindən və Azərsun Holdinqin fəaliyyət modelindən bəhs edib. Mühazirənin sonunda universitetin fəxri doktoru Abdolbari Goozala tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb.