ABŞ aktyoru dünyasını dəyişdi

abs-aktyoru-dunyasini-deyisdi
Oxunma sayı: 1560

ABŞ aktyoru Piter Fonda 80 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “People” yazıb.

Aktyorun ölüm xəbərini onun ailəsi təsdiqləyib. P. Fonda avqustun 16-da tənəffüs çatışmazlığı səbəbindən Los-Ancelesdəki evində vəfat edib.

Qeyd edək ki, Fond aktyor Henri Fondun oğlu, Ceyn Fondun qardaşıdır. O, tamaşaçılara daha çox “Qayğısız atlı” filmindən tanışdır. Aktyor iki dəfə “Qızıl qlobus” mükafatına layiq görülüb.