ABŞ-da helikopter qəzaya uğradı - Ölənlər var

ABŞ-da helikopter qəzaya uğradı
Oxunma sayı: 283

ABŞ-ın Virciniya ştatının Şarlottesvil şəhərində ştatın polis idarəsinə məxsus bir helikopter qolf meydançasının yaxınlığında düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı qəza nəticəsində helikopterdə olan 2 pilot ölüb.

Məlumata görə, həmin helikopter şəhərdə mitinq keçirən qrupu izləmək üçün uçuş həyata keçirirmiş.

Hadisə ilə əlaqədar prezident Donald Tramp ölənlərin ailəsinə və yaxınlarına başsağlığı mesajı yayımlayıb.

Qeyd edək ki, şəhərdə bir neçə gündür kütləvi aksiyalar keçirilir. Aksiyalar Amerika vətəndaş müharibəsində Konfederasiya ordusunun komandiri olmuş general Robert Linin heykəlinin götürülməsindən sonra başlayıb. Şəhərdə vəziyyət gərginləşdiyi üçün fövqəladə vəziyyət rejimoi elan edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi