ABŞ-da ilk azərbaycanlıdır ki, o səhnəyə çıxır - Fotolar

abs-da-ilk-azerbaycanlidir-ki-o-sehneye-cixir
Oxunma sayı: 1123

ABŞ-ın məşhur "Broadway" rəqs mərkəzində ilk dəfə azərbaycanlı qız səhnəyə çıxıb.

"Qafqazinfo"nun məlumatına görə, Elya Osman rəqs karyerası qurmaq üçün Nyu-Yorka köçüb və orada müxtəlif proqramlarda çıxış edərək mükafatlar qazanıb.

Latın Amerikası rəqslərinin peşəkar ifaçısı olan Elya eyni zamanda balet, hip-hop, hauz və müxtəlif rəqs növləri ilə məşğuldur. O, bu yaxınlarda yayımlanacaq "T E N E T" qısa rəqs filmində də yer alıb. Filmin xareoqrafı Sarah Esser, rejissoru isə Ceyson Diazdır.

Elya O. Nyu-Yorkda qızlardan ibarət "Scarlet" rəqs qrupunun üzvüdür. Həmyerlimiz Emili Vetçin rəhbərlik etdiyi "Glitter Kitty" prodakşnı ilə də əməkdaşlıq edir.

Elya bir müddət əvvəl Latın rəqslərinin nümayiş olunduğu ən prestijli tədbirlərdən olan "Salsamania NYC" və "Candela Fridays"da ilk dəfə solo debüt edib, son performansı isə iyulun 17-də baş tutub. O, Nyu-Yorkda "Taj Mondays" salsa günlərində məşhur xareoqraf Talio Kastro-Pozonun rəhbərliyi altında səhnəyə çıxıb.