ABŞ-da məhkəmədə atışma - 2 polis yaralanıb

abs-da-mehkemede-atisma
Oxunma sayı: 644

ABŞ-ın Tenessi ştatının məhkəmə binasında atışma baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın Araşdırmalar Bürosu məlumat yayıb.

Məlumata əsasən dindirilmək üçün məhkəmə binasına gətirilən dustaq şerifin müavinlərindən birinin tapançasını götürərək atəş açıb. Müavinlərdən biri qarnından, digərinin isə əlindən yaralanıb. Onlar artıq xəstəxanaya yerləşdiriliblər.

Dustağın daha sonra qaçdığı və ehtimal ki, özünə açdığı atəş nəticəsində öldüyü qeyd olunur.