ABŞ-da ölü namizəd seçkilərdə qalib gəldi

abs-da-olu-namized-seckilerde-qalib-geldi
Oxunma sayı: 1716

ABŞ-da parlament seçkiləri zamanı Respublikaçılar partiyasının oktyabrda dünyasını dəyişmiş namizədi Dennis Hof qalib gəlib.

“Qafqazinfo” “NBC”yə istinadən xəbər verir ki, Nevada ştatından konqresə seçilən Hofun adını seçici bülletenlərindən silmədikləri üçün belə bir vəziyyət yaranıb. Hof seçkiqabağı dünyasını dəyişdiyi üçün səsvermə bülletenlərini dəyişmək qanunla mümkün olmayıb.Nəticədə seçicilərin əksəriyyətinin səsini toplayan Dennis Hof Demokratlar partiyasından olan namizədə qalib gəlib. 

Qeyd edək ki, Hof prezident Donald Trampın yaxın tərəfdarı olub.