ABŞ daha bir ölkəni sanksiyadan azad etdi

abs-daha-bir-olkeni-sanksiyadan-azad-etdi
Oxunma sayı: 2245

Xəbər verdiyimiz kimi, Türkiyə, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Tayvan ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan kənarda tutulmuşdu.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, ABŞ Əfqanıstanı da bu ölkələrin siyahısına daxil edib.

Bu barədə ABŞ-ın Kabildəki səfiri Con Bass məlumat yayıb. O bildirib ki, Əfqanıstanın İrandan neft idxalına və İranın Çabahar limanına malların göndərilməsinə icazə veriləcək.

Qeyd edək ki, noyabrın 5-dən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib. İranın 700-dən çox şirkət və fiziki şəxsinə qarşı məhdudiyyət qoyulub.