ABŞ hökuməti İlon Maska dələduzluq ittihamı irəli sürdü

abs-hokumeti-ilon-maska-deleduzluq-ittihami-ireli-surdu
Oxunma sayı: 1114

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası “Tesla” şirkətinin qurucusu İlon Maskı dələduzluqda ittiham edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Komissiyanın məhkəməyə təqdim etdiyi iddiada bildirilir ki, İlon Maskın bu ilin avqustun 7-də "Tesla" açıq səhmdar şirkətini özəl şirkətə çevirməklə bağlı yalan bəyanatı birjalarda çaşqınlığa və nasazlıqlara gətirib çıxarıb, həmçinin investorlara ziyan vurub.

Belə ki, tanınmış iş adamı elektromobil istehsalçısının səhmlərinin hər birini 420 dollara alacağını, bu yolla şirkəti özəlləşdirəcəyini bəyan etmişdi. 

İş adamı ittihamları əsassız adlandırıb. 

Aysel Kərimova