ABŞ İranın nüvə obyeklərinə hücum edə bilər

abs-iranin-nuve-obyeklerine-hucum-ede-biler
Oxunma sayı: 1083

ABŞ İranın nüvə obyeklərinə hücum təşkil edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “ABC” telekanalı Avstraliyanın hökumət mənbələrinə istinadla çıxış edib. Bildirilib ki, ABŞ hücumu avqustda gerçəkləşdirə bilər. Kanal onu da qeyd edib ki, Nazirlər Kabinetindən olan həmsöhbətləri  Avstraliya və Britaniya hərbçilərinin ABŞ-a hədəfləri dəqiq müəyyən etməkdə kömək göstərə biləcəyini söyləyib. Lakin bu iki dövlət zərbələrin endirilməsində yaxından iştirak etməyəcək.

Qeyd edək ki, İran və Vaşinqtonun münasibətləri ABŞ-ın birtərəfli qaydada nüvə proqramına dair müqavilədən çıxıb İrana qarşı sanksiyaları bərpa etməsindən sonra sonra pozulub.

Aysel Kərimova