ABŞ və Şimali Koreya arasındakı gərginlik daha da artıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho Nyu-Yorkda BMT-nin 72-ci sessiyasında açıqlamalar verib.
Donald Trampın son açıqlamalarını “ABŞ müharibə elan etdi” kimi şərh edən Ş.Koreya rəsmisi bundan sonra baş verə biləcək hadisələrin məsuliyyətini Amerikanın daşıyacağını bildirib:
“ABŞ təyyarələrini beynəlxalq hava məkanında vura bilərik. Bütün dünya bilməlidir ki, müharibə elan edən ilk tərəf ABŞ-dır. Bizim hər cür tədbiri görmək haqqımız var”.
Xatırladaq ki, D.Tramp bir neçə gün öncə Şimali Koreyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini açıqlamışdı.