ABŞ səfiri məhkəmə qərarlarından təəssüfləndi

abs-sefiri-mehkeme-qerarlarindan-teessuflendi
Oxunma sayı: 635

“Turan”ın məlumatına görə, diplomat ABŞ hökumətinin oktyabrın 3-də və 10-da çıxarılmış məhkəmə qərarlarından təəssüfləndiyini vurğulayıb.

Bəyanatda aksiyanın daha 6 iştirakçısı barəsində 25 avqust qərarına toxunulur, Azərbaycan hökumətinə qanun aliliyinə, toplaşmaq, ifadə və fikir azadlığı hüquqlarına hörmətlə yanaşmaq öhdəlikləri xatırladır. Harri Robins məhkəmə hakimiyyətini işlərə Azərbaycanın konstitusion və beynəlxalq öhdəliklərinə uyğun baxılmasını təmin etməyə çağırıb.