ABŞ Ukraynaya 500 milyon dollar ayırır

abs-ukraynaya-500-milyon-dollar-ayirir
Oxunma sayı: 878

Amerika senatı Ukraynaya 500 milyon dollar ayıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ukraynalı ölkə lideri Petro Poroşenko öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, senat qeyd edilən məbləği Ukraynaya müdafiə və təhlükəsizlik sahəsində dəstək üçün verəcək.

İlk dəfə olaraq Ukraynaya qanunvericilik səviyyəsində hava hücumundan müdafiə üçün radiolokasiya vasitələri, suüstü vəziyyətə nəzarət, hərbi-dəniz mina əleyhinə vasitələri və sahil mühafizəsinin gəmiləri veriləcək. Prezident onu da əlavə edib ki, yaralı Ukrayna hərbçiləri ABŞ-ın hesabına elə orada müalicə ala biləcəklər.

Aysel Kərimova