ABŞ və Yaponiya birləşəcək

abs-ve-yaponiya-birlesecek
Oxunma sayı: 1076


“Qafqazinfo” ictnews-a istinadən bildirir ki, "Faster" adlandırılmış kabel ABŞ və Yaponiyanı birləşdirəcək. Konsorsium layihənin qiymətini 300 milyon dollar dəyərində qiymətləndirir.

Transokean fiber-optik xətti bir saniyədə 60 terabaytadək məlumatların ötürülməsini təmin edəcək. Məsələn, bir saniyədə "HD" keyfiyyətində 2000 film ötürmək mümkündür.

 Kabel 2016-cı ildə istismara veriləcək.

 "Google" layihə üzərində Asiyanın telekommunikasiya bazarının nəhəngləri ("China Mobile", "China Telecom", "Global Transit", "KDDI" və "SingTel") ilə birgə işləyir.

 Kabel Yaponiyada Çikura və Şima şəhərlərini ABŞ-ın qərb sahilində yerləşən ən böyük mərkəzlərlə (Los-Anceles, San-Fransisko, Portlend və Sietl) birləşdirəcək.