“Abşeron”da xeyli iş görülüb

abseronda-xeyli-is-gorulub
Oxunma sayı: 644

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, təmir işlərinə 220 kilovoltluq III, IV, VI “Abşeron” hava elektrik xətlərinin yardımçı avadanlıqları da daxildir. Tədbirlər planı 220 kV-luq “Ağsu” hava elektrik verilişi xəttində də aparılıb. 220 kV-luq “Xırdalan” yarımstansiyasında da müxtəlif təyinatlı təmir –bərpa işləri yerinə yetirilib.

REŞ-in balans mənsubiyyətinə daxil olan 220 kV-luq “Hövsan”, 110 kV-luq I “Suraxaın”, II, IV “Şimal”, “Qala”, 220 kV-luq “Nizami”, 110 kV-luq “Maştağa”, 110 kV-luq “Ramana”, 110 kV-luq “Zığ”, 110 kV-luq “Əhmədli” hava elektrik verilişi xətlərində də müxtəlif təyinatlı təmir-bərpa işləri yerinə yetirilib. 110 kV-luq “Binəqədi”, “Puta” və “205” yarımstansiyaları da bu tədbirlər sırasına aid edilir. Şəhərin mərkəzi hissəsinin enerji təchizatının dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə 220 kV-luq "Müşfiq" yarımstansiyasında konkret addımlar atılır.

Nigar Məmmədli