“Abşeron”da yenidənqurma işləri aparılıb

abseronda-yenidenqurma-isleri-aparilib
Oxunma sayı: 644

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 110 kV-lik “Qala” yarımstansiyasında 1 saylı transformatorun dəyişdirilməsi ilə əlaqədar olaraq mühafizə dövrələrində hazırlıq işləri aparılıb. Eyni gərginlikli “Binə” yarımstansiyasında isə 16 MVA-lıq 1 və 2 saylı transformatorların 110 kV-lik eleqaz açarlarında təmir işləri aparılıb. Bu yarımstansiyada eyni zamanda, 10 MVA-lıq transformatorun və ona aid olan 110kV, 35 kV, 6 kV və neytral boşaldıcıların sınaq işləri yerinə yetirilib.
110 kV-lik “Ramana” yarımstansiyasında da analoji işlər aparılıb.
Müvafiq yenidənqurma işləri 110 kilovoltluq “Suraxanı”, “Zığ” və “Dübəndi” yarımstansiyalarında da həyata keçirilib.

Aidiyyəti hava elektrik verilişi xətləri (HEVX) üzrə də bir sıra tədbirlər yerinə yetirilib.

Nigar Məmmədli