“Adnan Oktar qızlarla cinsi əlaqədə ola bilmirdi” - Kedicik

“Adnan Oktar qızlarla cinsi əlaqədə ola bilmirdi”
Oxunma sayı: 13857

Ötən gün Türkiyədə saxlanılan, özünü din xadimi kimi təqdim edən Adnan Oktara 11 il müridlik etmiş Ceylan Özgül şok iddialar səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, “Posta Gazetesi”nə danışan Özgül 24 yaşında Oktarın qruplaşmasına qatıldığını, 2 dəfə - 2007 və 2011-ci illərdə qaçmağa çalışsa da geri gətirildiyini deyib. 

Onun sözlərinə görə, qəsr kimi evdə 12- 40 nəfər bir yerdə yaşayıb, hər kəsin fərqli vəzifəsi olub. 

Özgül bildirib ki, Adnan Oktar qadınlarla eyni evdə yaşasa da heç biri ilə cinsi yaxınlığı olmayıb: “O, qasıq yırtığından (“qrija”) əziyyət çəkirdi və heç bir qadınla əlaqədə olmurdu”.  

Keçmiş mürid onu da əlavə edib ki, toplu halda yaşadıqları evdə cinsi istismar, təzavüz halları, eyni zamanda bir çox qanunsuz hallar olub, lakin onlar daim nəzarətdə olduğuna, evin hər yerində kameralar quraşdırıldığına görə polisə getmək imkanları olmayıb.

Aysel Kərimova




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi