Adnan Oktarın sonu çatır

Adnan Oktarın sonu çatır
Oxunma sayı: 3913

Adnan Oktar və komandasının yayımlanan videolarına artıq qadağa tətbiq oluna biləcək. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Dəyanət İşləri İdarəsinin rəhbəri Əli Erbaş ilə Adnan Oktar arasında gedən mübahisə hələ də səngimək bilmir. Belə ki, Erbaşın “Adnan Oktarın ağlı yerində deyil” , “A9 kanalı bağlanmalıdır” sözlərindən sonra ikili arasında mübahisə daha da kəskin hal alıb. Son olaraq  qurum rəsmiləri Adnan Oktara cavab verilməyəcəyini və kanalın bağlanması üçün hər şeyin ediləcəyini açıqlayıb. 

Türkiyədə uzun müddətdir ki, üzərində çalışılan yeni qanun layihəsi TBMM-ə təqdim edilib. 1 ay ərzində Məclisdən keçib qüvvəyə minməsi gözlənilən layihədə Adnan Oktar hərəkatına qarşı da bir maddə yer alıb. 

Belə ki, qanuna əsasən sadəcə sadəcə lisenziyası olanlar internet saytlarından yayımlayacaqlar. Bununla yanaşı, onlar lisenziyanı ayrı-ayrı əldə etməlidirlər və qeyri-lisenziyalı qurumların yayımı cəzalandırılacaq. 

Burada incə məqam isə belədir: A9 kanalı ilə bağlı son aylarda RTÜK-ə xeyli şikayət daxil olsa da, qurum bununla bağlı bir şey edə bilmir. Çünki, şikayətə səbəb olan veriliş və söhbətlər A9 loqolu olsa da, efirdə yayımlanmır. Sadəcə yutub və sosial şəbəkələrdə yerləşdirilir. Kanalın efirdə gedən proqramları incələdikdə isə, hər hansı bir səhv tapa bilmir. İnternetdə yayımlanmış videolara isə RTÜK hər hansı bir qadağa qoya bilmir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi