ADP bəyanat verdi

adp-beyanat-verdi
Oxunma sayı: 728

“Qafqazinfo”nun məluamtına görə, bəyanatda Ermənistan prezidentinin çıxışı “dənizdən – dənizə” böyük Ermənistan xülyasını gerçəkləşdirmək istiqamətində əbəs səylərini davamı kimi qiymətləndirilir: “S.Sarkisyan növbəti bəyanatında Dağlıq Qarabağla yanaşı Türkiyənin tarixi ərazisi olan Ağrı dağın Ermənistana qatılmasının erməni gəncliyinin görəvi olduğunu bildirir və utanmadan bu iyrənc niyyətlərin həyata keçirilməsi üçün beynəlxalq havadarlarını erməni xalqına köməyə səsləyir”.

Bəyanatda partiya bu cür çıxışları pislədiyini və belə torpaq iddialarının nə beynəlxalq hüquqla, nə də ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə yönəlmiş missiyası ilə bir araya sığmadığını bildirib: “ADP Azərbaycan, o cümlədən qardaş Türkiyənin tarixi ərazilərinə qarşı yönəlmiş bu cür iddiaların qarşısının alınması üçün Azərbaycan hakimiyyətinin təxirə salınmaz addımlar atmağını və dünyada sülhün qorunmasında məsul olan beynəlxalq təşkilatların Ermənistan prezidentinin işğalçılıq niyyətləri güdən bu cür bəyanatlarına dərhal adekvat reaksiya verməsini tələb edir.”

Fatimə Kərimli