Afrində öldürülən terrorçuların sayı 897-yə çatdı

afrinde-oldurulen-terrorcularin-sayi-897-ye-catdi
Oxunma sayı: 1094

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində keçirilən əməliyyatın 14-cü günü ilə bağlı hesabatı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Zeytun budağı” adlı əməliyyat çərçivəsində bu gün PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına məxsus 15 hədəf – sığınacaq, hərbi ləvazimatlar anbar və atəş nöqtəsi məhv edilib.

Bundan başqa, gecə saatlarından etibarən baş verən atışmalarda 74 terrorçu zərərsizləşdirilib.

Beləliklə, 14 gün ərzində öldürülən terrorçuların sayı 897-yə çatıb.