“Ah, necə pilləkənləri var, mənə beləsi lazımdır” – Sobçakın Bakı Tviti

ah-nece-pillekenleri-var-mene-belesi-lazimdir-sobcakin-baki-tviti
Oxunma sayı: 648

Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ümumdünya forumunda iştirak edən məşhur telejurnalist Kseniya Sobçak Heydər Əliyev Mərkəzinə olan heyranlığını gizlədə bilməyib. “Qafqazinfo”nun məlumatına görə, Sobçak İnstagramda paylaşdığı fotolarda tikilinin həyatında gördüyü ən gözəl binalardan biri olduğunu yazıb: “Həyatımda gördüyüm ən gözəl tikililərdən biridir. Ah, necə pilləkənləri var, mənə beləsi lazımdır. Bu dünya səviyyəsində memarlıq nümunəsidir. Mən başa düşmürəm, Moskvada həmin neft pullarına heç olmasa bir dənə beləsini tikmək olmaz?”.

Qeyd edək ki, Kseniya Sobçak aprelin 11-13-də Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ümumdünya forumunda iştirak etmək üçün dünən Azərbaycana gəlib.