Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ai-rusiyaya-qarsi-sanksiyalarin-muddetini-uzadib
Oxunma sayı: 785

Avropa İttifaqının daimi üzvü olan 28 ölkəsi Rusiyaya qarşı individual sanksiyaları yarım il müddətinə uzatmaqla bağlı qərarı təsdiqləyib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “İtar Tacc”a Aİ Şurasındakı mənbə məlumat verib. 

Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda ittiham etdiyi Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaları martın 12-dən sentyabrın 15-nə kimi uzadıb. 

Mənbə, eyni zamanda bildirib ki, avqustun 31-də qətlə yetirilən Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko qara siyahıdan çıxarılıb. Bununla da, Aİ-nin sanksiya siyahısında 154 fiziki şəxs və 44 təşkilat var.