Ailəvi şəklini göndər – Londona səfər qazan

ailevi-seklini-gonder-londona-sefer-qazan
Oxunma sayı: 805

Red Communication Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qalib London şəhərinə ailəvi səyahət etmə imkanı qazanacaq. Müsabiqənin başlamasını şərh edən bmi-Azərbaycan şirkətinin kommersiya nümayəndəsi Leyli Ələkbərova deyib ki, London – ailəvi istirahət üçün əsrarəngiz şəhərdir. İngiltərə paytaxtında insanlar üçün, yaşından asılı olmayaraq, saysız hesabsız əyləncələr mövcuddur, bəzilərinə isə məhz burada rast gəlmək mümkündür.

Müsabiqədə valideynlər və 18 yaşına kimi uşaqlar iştirak edə bilərlər. Müsabiqə iştirakçısı yalnız bir şəkil göndərməlidir. Şəkillərin ölçüsü 800/1000 pikseldən az olmamalıdır. Şəkildə ailəvi istirahət əks olunmalıdır. Müsabiqə iştirakçıları şəkilin qanuni sahibi olmalı, şəkil digər müsabiqələrin iştirakçısı olmamalıdır. Şəkilləri [email protected] ünvanına göndərmək lazımdır. Şəkil qəbulunun son günü – 31 avqust 2011 il, saat 18:00-a qədər. Şəkillər www.boutique.az saytında yerləşdiriləcək. Saytın ziyarətçiləri hansı bir şəkli bəyəndikdə “Like” düyməsini sıxacaqlar. Qalib münsiflər heyəti tərəfindən saytda 10 ən çox səs toplamış şəkillərin arasından seçiləcək. Qalibin adı 5 sentyabr 2011 ci il tarixində açıqlanacaq. Şəkillər orijinal yanaşma üslubunda qiymətləndiriləcək.

Nigar Məmmədli