“AKKORD” komandası qalib gəlib

“AKKORD” komandası qalib gəlib
Oxunma sayı: 108

İyunun 11-də “AKKORD” otüstü hokkey komandası “Çelenc IV” turnirində ikinci oyununu keçirib. A qrupunda qərarlaşmış “AKKORD” komandası Türkiyənin “Qaziyəntəp Polisgücü” klubu ilə qarşılaşıb. Maraqlı anlarla yadda qalan qarşılaşma Komandamızın 4:2 hesablı qələbəsi ilə nəticələnib.

İyunun 12-də isə “AKKORD” son oyununu Slovakiyanın “Raca” komandası ilə keçirib və rəqibini 3:0 hesabı ilə məğlub edib. Buna qədər isə “AKKORD” komandası Sloveniyanın “Moravskoye Toplitse” klubuna 10:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “AKKORD” komandası artıq yarımfinaldadır. İyunun 13-də Bolqarıstanın “NSA” komandası ilə final qarşılaşması olacaq.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi