Aktirsalıqla vidalaşır - Öz brendini yaradacaq

aktirsaliqla-vidalasir
Oxunma sayı: 3882

Son dövrlər film və serial sektorunda uğur qazana bilməyən Sinem Kobal aktrisalığın daşını atır. “Qafqazinfo” xəbər verir ki, o, son rol aldığı “Yüz yüzə” layihəsinin yayımdan qaldırılmasından sonra radikal bir qərar verib. 

Sinem uzun müddətlik peşəsindən ayrılaraq xaricdə təhsil almaq istəyir. Kobal moldeyer olmaq və öz markasını yaratmaq niyyətinə düşüb.

Türkiyəli aktrisa məşhur dizaynerlər Zeyneb Tosun və Tuvana Büyükçınarla məsləhətləşib və özünə brend yaradacığını deyib. 

İtaliyaya getməyi planlaşdıran Sinemə əri Kənan İmirzalıoğlu da dəstək olub.