Albalı plus-dan hesab.az istifadəçilərinə - - Hədiyyə

albali-plus-dan-hesabaz-istifadecilerine-
Oxunma sayı: 1373


Nağdsız ödənişlərə hər zaman xüsusi diqqət yetirən Unibank, müştəriləri üçün kredit ödənişi və sifarişi üçün çoxsaylı xidmət formalarından istifadə imkanı yaradıb. Bank müştəriləri artıq filiallara gəlmədən, hesab.az saytından kredit ödənişlərini həyata keçirə və sifariş edə bilirlər.

Unibank-ın Albalı kartı sahibləri də artıq xeyli vaxdır ki, Hesab.az ödəmələr portalından onlayn ödənişlərini həyata keçirə bilirlər. Belə ki, Bankın ALBALI PLUS (ALBALI) taksit kartları, bu ödəmə portalında qəbul olunur və onlarla kommunal, telefon, internet, kabel televiziya və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağa imkan verir.

Unibankdan kredit götürmək istəyənlər də hesab.az saytı vasitəsi ilə istədikləri məbləğdə krediti sifariş edə bilərlər. Bunun üçün "Unibankda kredit sifariş et" linkini aktivləşdirərək, verilən formanı doldurub, göndərmək lazımdır. Unibank müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.azəldə etmək olar.

Unibank-hər kəsin bankı.