Ali Məhkəmənin qarşısında avtobus yandı - Video + Yenilənib

ali-mehkemenin-qarsisinda-avtobus-yandi
Oxunma sayı: 6319

Paytaxtın Xətai rayonunda, Ali Məhkəmənin qarşısında avtomobil yanır.

“Qafqazinfo” xəbər verir ki, hazırda əraziyə yanğınsöndürənlər cəlb edilib.

Yanğın səbəbindən yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

***

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanan avtomobil mikroavtobus olub.

Yanğın söndürülüb. Xəsarət alan olmayıb.