Almaniya və İngiltərə 3 qolla qalib gəldi - Video

almaniya-ve-ingiltere-3-qolla-qalib-geldi
Oxunma sayı: 2199

Milli komandalar yoxlama görüşlərində qarşılaşıblar.

“Qafqazinfo” xəbər verir ki, Almaniya millisi Rusiya kollektivini qəbul edib və matçdan 3:0 hesabı ilə qalib ayrılıb.

İngiltərə isə ABŞ millisini eyni hesabla məğlub edib.

Qeyd edək ki, İngiltərə Millətlər Liqasının A qrupunun son matçında 18 noyabrda Xorvatiyanı qəbul edəcək. 19 noyabrda isə Almaniya Hollandiya ilə qarşılaşacaq.

Almaniya Avropa Çempionatına vəsiqə şansını itirsə də, İngiltərə bu şansı qoruyur.

Almaniya - Rusiya - 3:0

Qollar: Sane, 8, Süle, 25, Qnabri, 40

İngiltərə - ABŞ - 3:0

Qollar: Linqard, 26, Aleks-Arnold, 27, Uilson, 77