Almaniya və Kanada Səudiyyəyə silah satışını dayandırır

almaniya-ve-kanada-seudiyyeye-silah-satisini-dayandirir
Oxunma sayı: 980

Almaniyanın İqtisadiyyat naziri Səudiyyə Ərəbistanı üçün silah ixracatına izn verilməyəcəyini elan edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Yaşıllar partiyası isə Səudiyyə arasındakı strateji ortaqlığa son qoyulmasını tələb edib. 

Nazir Peter Altmaier federal hökumətin hazırda Səudiyyə Ərəbistanına silah və döyüş ləvazimatları ixracını nəzərdə tutmadığını və Avropa İttifaqının da oxşar addım atması üçün çalışdıqlarını açıqlayıb.

Nazir jurnalistin qətli ilə bağlı indiyə qədər verilən açıqlamaları qənaətbəxş hesab etmədiklərini qeyd edib. 

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel də mövcud şərtlər daxilində Səudiyyəyə silah ixrac edilməyəcəyini söyləmişdi. 

Kanadanın baş naziri Castin Trüdo da jurnalistin qətli ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə imzalanan 15 milyard Kanada dolları dəyərindəki müdafiə sazişinin ləğv ediləcəyini açıqlayıb. Bununla da, krallığa ixrac ediləcək zirehli maşın ixracatına son verilmiş olacaq.