Alyans Amerikada kampaniya həyata keçirir

alyans-amerikada-kampaniya-heyata-kecirir
Oxunma sayı: 642



Qeyd edək ki, Azərbaycan Amerika Alyansının 2012-ci ildə Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya yüz milyonlarla insanı əhatə etmişdi. O zaman, kampaniya çərçivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlerdən tutmuş ABŞ konqresmenlərinin bəyanatları, Xocalı soyqırımına həsr olunmuş film və digər təbliğat tədbirləri həyata keçirilmişdi.

Bundan başqa “Washington Post”, “New-York Times” qəzetlərində 26 fevral sayının bütöv bir səhifəsi Xocalı soyqırımına həsr olunmuşdu. Həmçinin “Washington Post”, “New-York Times” və “Politico” dərgilərinin internet səhifələrində 1 həftə müddətində Xocalı soyqırımı ilə bağlı pop-up yerləşdirilmişdi.

Nyu-York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”da isə vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilmişdi. Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılmışdı. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, “Capitol Hill”ə gedən avtobuslarda posterlər yerləşdirilmişdi.

Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir. Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.