Ana və qızın qətli ilə bağlı cinayət işi başlandı

ana-ve-qizin-qetli-ile-bagli-cinayet-isi-baslandi
Oxunma sayı: 641

Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri hərəkətlər yerinə yetirilib. Hadisə yerindən 16 mm kalibrli qoşalülə ov tüfəngi, həmin silaha aid patron, giliz və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar müəyyən edilərək götürülüb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə intensiv və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Alekseevka kənd sakinləri 1928-ci il təvəllüdlü Məmmədov Möhübbət Seyidbala oğlunun, arvadı 1957-ci il təvəllüdlü Xatun Məmmədovanın və qızı 1998-ci il təvəllüdlü Xatirə Məmmədovanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri avqustun 31-də yaşadıqları evdə aşkar edilmişdi.