Anar Nağılbaz vəfat etdi

anar-nagilbaz-vefat-etdi
Oxunma sayı: 31118

Azərbaycanlı rep ifaçısı Anar Nağılbaz vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yazıçı Tural Cəfərov (Qan Turalı) özünün Feysbuk profilində məlumat verib.

Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva REAL-a açıqlamasında oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub.

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. Replə ilk dəfə 1988-ci ildən etibarən məşğul olub.

1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.

O, keçmiş deputat Rizvan Cəbiyevin oğludur.