“Android” planşetləri üçün “WhatsApp” istifadəyə veriləcək

android-plansetleri-ucun-whatsapp-istifadeye-verilecek
Oxunma sayı: 1179

“WhatsApp” messencerinin komandası planşetlərdə istifadə üçün optimallaşdırılmış və çoxdan gözlənilən proqramı təqdim etməyə hazırlaşırlar.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, messencerin beta-test proqramında iştirak edən istifadəçilər artıq proqramı “Google Play” mağazasından “Android” planşetə quraşdıra bilərlər.

Qeyd etmək lazımdır ki, beta-test mərhələsində olan versiya nasaz işləyə bilər və natamam funksionallığa malikdir.

Planşetdə “WhatsApp” proqramından istifadə etməkdən ötrü SİM kart üçün slota malik model lazımdır.