Ankarada Ərdoğan, Putin və Ruhani arasında görüş

ankarada-erdogan-putin-ve-ruhani-arasinda-gorus
Oxunma sayı: 1764

Bu gün Ankarada Türkiyə, Rusiya və İran Prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə üçtərəfli görüşdən öncə iranlı həmkarı Həsən Ruhani ilə təkbətək görüşüb.

Qeyd olunur ki, Astana formatında artıq beşinci dəfə görüşən liderlər Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

***

Çankaya Köçkünə gələn Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı ilə görüşü olub.