Ankaradakı partlayışda terror izi ortaya çıxdı

ankaradaki-partlayisda-terror-izi-ortaya-cixdi
Oxunma sayı: 1584

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ankaranın Çukuranbar rayonunda vergi müfəttişliyinin binasında partlayış baş vermişdi.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ankara valiliyi hadisə yerində aparılan araşdırmalar nəticəsində partlayışda bomba istifadə edilməsinə dair izlər tapıldığını açıqlayıb.

Qeyd edilib ki, təhlükəsizlik kameralarından əldə edilən görüntüdə partlayışdan öncə şübhəli bir şəxsin binaya daxil olduğu görünüb. O, əlində gətirdiyi çantanı binanın qarşısına qoyub və içindəki bombanı işə salıb.

Hadisədən sonra həmin şəxsin axtarışlarına start verilib. Müxtəlif şəhər və rayonlarda aparılan araşdırmalar nəticəsində onunla əlaqədə olduğu ehtimal edilən 8 nəfər saxlanılıb.

Bundan başqa, 1 nəfər polisə müqavimət göstərdiyi üçün öldürülüb. Onun 1991-ci il təvvəllüdlü Ersen Ertogan olduğu açıqanlanıb. Həmin şəxsin Suriyada YPG terrorçularından təlim aldığı və qeyri-qanuni yollarla Türkiyəyə girməsi barədə məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, hadisədən sonra edilən ilkin açıqlamada partlayışın qaz sızması səbəbindən baş verdiyi bildirilmişdi.