Ankor yağları ilə bağlı - - Rəsmi açıqlama

ankor-yaglari-ile-bagli-
Oxunma sayı: 7283


“Qafqazinfo” xəbər verir ki, mətbuat konfransında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova son günlər mətbuatda ankor yağlarının saxta olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Xidmət rəisi deyib ki, respublikaya idxal olunan bütün ət, yağ və süd məhsullarının hamısı Respublika Baytarlıq Laboratoriyasında yoxlandıqdan sonra satışına icazə verilir: 

 “O cümlədən də ankor yağları. Keçən həftə bizə ankor yağ və pendirlərindən nümunələr daxil olub. Bunlar bakterioloji, faktoloji, toksikoloji, radioloji şöbələrdə yoxlanılıb və tərkibində heç bir xəstəlik, toksin və infeksiya aşkarlanmayıb. Bunun Dövlət Baytarlıq Xidmətinn ekspertiza sənədləri hazırlanaraq bizim tərəfimizdən satışına icazə verilib”.