Aparatdan ayrılmasına bir gün qalmış gözlərini açdı

aparatdan-ayrilmasina-bir-gun-qalmis-gozlerini-acdi
Oxunma sayı: 3160

ABŞ-ın Alabama ştatında aparata bağlı halda komada yaşayan 13 yaşlı Trenton MakKinli hər kəsi təəccübləndirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, martda arabanın tərs çevrilib başına dəyməsi nəticəsində MakKinli travma almış və beynində 7 müxtəlif çat yaranmışdı. Həkimlər Trentonun ailəsinə onun çox yaşamayacağını deyib və orqanlarını bağışlaması üçün valideynlərini dilə tutmuşdu.

Beyin ölümü gerçəkləşən oğlan aparatdan ayrılması ilə bağlı qərar veriləndən bir gün əvvəl gözlərini açıb. Şüuru yerinə qayıdan Trenton hər kəsi təəccübləndirib.

Anası Cennifer Reyndl qəzadan sonra oğlunun bir neçə əməliyyat keçirdiyini və həkimlərin “bir daha onun əvvəlki halına qayıda bilməyəcəyini” dediklərini bildirib. Trenton hazırda müalicə alır. 

Nuranə