“Apple” jurnalistika sahəsinə də qoşulur - Şirkət alındı

“Apple” jurnalistika sahəsinə də qoşulur
Oxunma sayı: 622

“Apple” şirkəti insanlara etibarlı məlumat vermək üçün “Texture” adlı virtual qəzet köşkü servisini alıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu servis 9,99 dollar abunəlik haqqı əvəzində dünyanın ən nüfuzlu nəşriyyatlarının jurnal və qəzetlərini (National Geographic, The New Yorker və s.) təqdim edir:

“Biz şadıq ki, “Apple”a nəinki “Texture”, həm də dünyanın aparıcı nəşriyyatlarından olan jurnallar kataloqu da birləşəcək. Biz jurnalistikanı yüksək səviyyədə dəstəkləmək, yoxlanılmış mənbələrdən məlumatların yığılmasını istəyirik. Bunun sayəsində jurnallar istifadəçilər üçün gözəl, həyəcanlandırıcı hekayələr hazırlaya bilərlər”, - deyə “Apple” şirkətindən bildirib.

Qeyd edək ki, “Texture virtual jurnalı 2010-cu ildən fəaliyyət göstərir. Layihə digər rəqəmsal qəzet köşklərinin hələ bazarları fəth etdikləri bir vaxtda istifadəyə verilmişdi. Günümüzdə “Texture”nin hansı sayda istifadəçi kütləsinə sahib olduğu tam dəqiq bilinmir. 2014-cü ildəki məqalələrin birində bu göstərici 150 min istifadəçi kimi qeyd olunmuşdu. Lakin 2016-cı ildə sözügedən göstəricinin bir neçə yüz min təşkil edildiyi bildirilmişdi. Görünür, bu layihənin alınmasının əsas məqsədi “Apple News”dur. Belə ki, şirkət artıq “Apple News” vasitəsilə müxtəlif kənar kontentləri istifadəçilərə təqdim edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi