Araq oğruları tutuldu

araq-ogrulari-tutuldu
Oxunma sayı: 662

Sentyabrın 13-də C. Məmmədquluzadə küçəsində naməlum şəxslər Bakı şəhər sakini Natiq Nəsirovun taksi kimi idarə etdiyi «VAZ-2106» markalı avtomobilinə sərnişin qismində əyləşərək Şərifzadə küçəsində onu bıçaqla hədələyib avtomobilini əlindən alıblar. Elə həmin gün qeyd olunan avtomobili əvvəllər məhkum olunan Nahid Abdullayev idarə edərkən Naxçıvani küçəsində maneyəyə vurub. O, hadisə yerinə gələn Binəqədi RPİ PPXB əməkdaşlarına bıçaqla müqavimət göstərmək istəyərkən yaxalanaraq ərazi üzrə 5-ci PB-yə təhvil verilib. Avtomobildə olan digər şəxslər isə qaçmışlar. Bakı şəhər BPİ CAİ, Binəqədi RPİ CAŞ və 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Nəsirova qarşı quldurluq edən digər iştirakçı, əvvəllər məhkum olunan Elnur Əliyev sentyabrın 14-də ələ keçib. Araşdırma zamanı məlum olub ki, dostlar quldurluq yolu ilə ələ keçirdikləri «VAZ-2106» markalı avtomobili senytabrın 13-nə keçən gecə M. Əlizadə küçəsində yaşayan Ramil Əliyevə məxsus «Mersedes» markalı avtomobildən oğurladıqları dövlət nömrə nişanı ilə idarə ediblər. Daha sonra müəyyən edilib ki, onlar – aprelin 25-nə keçən gecə C. əmmədquluzadə küçəsində İsmayıllı rayon sakini Taleh Hacıyevə məxsus «VAZ-2106» markalı maşını qaçırıblar. Qeyd edək ki, həmin avtomobil aprelin 26-da II Şimal şitilliyi küçəsində tapılıb.

Cinayətdə şübhəli bilinən digər şəxs Anar Quliyev isə noyabrın 25-də Binəqədi RPİ CAŞ əməkdaşları tərəfindən tutulmuş, digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Noyabrın 25-i Bakı - Mərdəkan yolunda Pərviz Məmmədov idarə etdiyi «VAZ-21099» markalı avtomobili yolun kənarındakı maneəyə vurub, nəticədə sürücü aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Noyabrın 24-də Bakı şəhər sakini Ağacavad Məmmədova məxsus
Novxanı bağ evindən naməlum şəraitdə çantasından 4500 manat oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Faiq Mirzəliyev noyabrın 25-də tutulub.

Noyabrın 24-nə keçən gecə Ələt qəsəbəsində yerləşən DNŞ-yə məxsus, yeraltı qaz saxlama anbarı ilə yarımstansiyasını birləşdirən 1500 metr elektrik kabeli kəsilərək oğurlanıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ələt qəsəbə sakinləri Elvin Səmədov, Elvin Əbilov, Vüqar Bəşirov, Elmar Qədimov, Şəhriyar Babayev, Cəfər Cəfərov noyabrın 24-də tutulub.

Noyabrın 24-ü saat 09 radələrində Maştağa - Zabrat yolunda Rəşid Seyidovun idarə etdiyi «VAZ-2106» markalı avtomobillə Vüsal Qurbanovun idarə etdiyi «Daewoo» markalı 198 saylı xətt avtobusu toqquşmuşdur. Nəticədə, R.Seyidov aldığı xəsarətlər nəticəsində 3 saylı xəstəxanada ölüb.

Noyabrın 22-də Ə. Əhmədov küçəsində yerləşən, Vüqar Cabbarova məxsus mağazanın qarşısına yığılan spirtli içkilər oğurlanıb. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsinə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Natiq Qurbanov tutulmuş və ondan 0, 343 qram heroin aşkar edilib.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Neymət Dadaşov noyabrın 24-də yaxalanıb.