Araq sexi su oğurluğu edib

araq-sexi-su-ogurlugu-edib
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində yerləşən “Alov” Assosiasiyasına məxsus alkoqollu içkilər istehsal edən müəssisinin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyekt qeyri-qanuni çəkilmiş 65 mm diametrli su xəttindən qidalanır. Müəssisəyə içməli su xammal tarifləri ilə (1 kubmetri 12 manat) satılsa da su təchizatı sayğacdankənar aparılıb və sərfiyyat qeydə alınmayıb.

Bununla yanaşı Sahil qəsəbəsində fəaliyyət göstərən daha 2 obyektdə - fiziki şəxslər Nadir Qubadova məxsus şadlıq evində və Zöhrab Kərimova aid kafedə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

Hər 3 obyektdə qeyri-qanuni çəkilmiş su xətləri ləğv edilib və faktlar aktlaşdırılıb. Qeyd edək ki, sudan qeyri-qanuni istifadə edilməsinə görə “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndirildikdən sonra “Alov” Assosiasiyasına və fiziki şəxslərə qarşı cərimə tətbiq olunacaq.