Araz Abdullayev komandasına penalti qazandırdı - Video

Araz Abdullayev komandasına penalti qazandırdı
Oxunma sayı: 1200

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev formasını geyindiyi “Anortosis”in Kipr kubokunda 1/4 finala yüksəlməsində pay sahibi olub.

“Qafqazinfo” xəbər verir ki, “Ayia Napa” ilə səfər matçına start heyətində başlayan futbolçumuz 64-cü dəqiqədə komandasına penalti qazandırıb. Abdullayevin yaxın məsafədən qapıya göndərdiyi topun qarşısını rəqib komandanın futbolçusu Stilianos Stilianu əli ilə alaraq, həmyerlimizin fərqlənməsinə mane olub. Stilianunu qırmızı vərəqə ilə meydandan qovan hakim penalti təyin edib. Topa yaxınlaşan Arazın komanda yoldaşı bu fürsəti qaçırmayıb. 

Oyunun gedişində Arazın bir zərbəsi də qapı tirindən qayıdıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun "Anortosis"in 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı. İki görüşün nəticəsinə əsasən Abdullayevin komandası 1/4 finala yüksəlib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi