Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

arif-babayev-mualice-ucun-turkiyeye-aparilib
Oxunma sayı: 2060

Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə yola düşüb.

Bu barədə “Qafqazinfo”ya məlumatı Xalq artisti Mənsum İbrahimov bildirib. O, mətbuatda yazıldığı kimi, muğam ustadının ikinci dəfə əməliyyat olunmadığını bildirib. 

M. İbrahimov qeyd edib ki, A. Babayevin əməliyyatını həyata keçirən həkim İstanbulda yaşayır və sənətkar müalicə üçün ora yollanıb:

“Arif Babayev ikinci dəfə əməliyyat olunmayıb. Yaşlı insandır, indi səhhəti yaxşıdır. Sənətkarın onurğasına implant qoyulub. Onu yenidən əməliyyat etmək olarmı? Sadəcə olaraq müayinə üçün gedib. Ayaqüstə gəzə bilir, yeriyir”.