Arif Hacılı aksiyaçılara təşəkkür etdi

arif-hacili-aksiyacilara-tesekkur-etdi
Oxunma sayı: 663

“Media forum” saytına açıqlamasında Mustafa Hacıbəyli deyib ki, oktyabrın 20-də Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşına baş çəkib: “Səhhətindən şikayəti yoxdur”.

Mustafa Hacıbəyli bildirib ki, oktyabrın 19-da Ombudsman Aparatının nümayəndələri Arif Hacılı ilə görüşüblər və saxlanma şəraitini araşdırıblar: “Ona saxlanma şəraiti ilə bağlı bir necə sual veriblər və qeydlər aparıblar”.

Arif Hacılı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirən şəxslərə təşəkkürünü bildirib. Eyni zamanda Müsavat Partiyasının qurultaya hazırlığı, hansı rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi ilə maraqlanıb: “Mən də qurultaya hazırlıqla bağlı məlumat verdim”.